"Fənərbağça"nın əfsanəsi vəfat etdi - FOTO

Fənərbağçanın əfsanəsi vəfat etdi - FOTO
Foto
İdman 98

Türkiyə futbolunun və "Fənərbaxça"nın əfsanəvi futbolçusu "Puşkaş Erqun" ləqəbli Erqun Öztuna 86 yaşında vəfat edib.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Türkiyə 1-ci Futbol Liqasında "Fənərbaxça"nın ilk qolunu vuran Öztuna, 1957-ci ildə İstanbul Liqasını qazanan komandaya çempionluq gətirən matçda üçüncü qolu vurub.

Öztuna "Fənərbaxça"nın 103 qolla çempionluq qazandığı 1988-1989 mövsümündə baş məşqçi Todor Veselinoviçin köməkçisi olub.

Öztuna 1956-63 və 1964-65-ci illər arasında İstanbul təmsilçisinin formasını geyinib.

O, klubla 1958-1959, 1960-1961 və 1964-1965 mövsümlərində üç dəfə çempion olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər