"Fənərbağça"dan "Beşiktaş"a transfer zərbəsi
"Beşiktaş"ın ölkədaxili transferdə razılaşmaq istədiyi Cenk Tosun üçün yeni təklif "ağ-qaralar"ın əzəli rəqibi "Fənərbağça"dan gəlib.
BAKU.WS "A Spor"a istinadən xəbər verir ki, "Fənərbağça" Mişi Batşuayinin gedişindən sonra Cenk Tosunu heyətinə cəlb etmək istəyir.
Məlumata görə, "kanaryalar" Tosunu ehtiyat mərkəz hücumçusu hesab edir. "Fənərbağça" təcrübəli futbolçu ilə transfer üçün əlaqə saxlasa da, Tosun komandası "Beşiktaş"la görüşmək istəyib və bundan sonra qərarını verəcəyi vurğulanıb.
Salih Uçanla yeni müqavilə imzalayan "Beşiktaş" daxili transfer üçün Cenk Tosunla da görüşəcək.
Cenk Tosun ötən mövsüm "Beşiktaş"ın heyətində 47 matçda forma geyinib. Təcrübəli mərkəz hücumçusu bu görüşlərdə 11 qol vurub, 8 məhsuldar ötürmə edib.
Oxşar xəbərlər
Mourinyo və meneceri ilin transferi üçün çalışırlar - 70 milyon avroluq hücumçu "Fənər"ə gəlir - FOTO
Transfer fəaliyyətini məxfi şəkildə həyata keçirən "Fənərbağça" hücumçu transferi üçün İngiltərəyə üz tutub. BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki...