"Fənərbağça" "Beşiktaş" üzərində qələbəni əldən verdi

Fənərbağça Beşiktaş üzərində qələbəni əldən verdi
İdman 150

Futbol üzrə Türkiyə Super Liqasında XVII turun son görüşü "Fənərbağça" və "Beşiktaş" komandaları arasında keçirilib.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, turun mərkəzi qarşılaşması heç-heçə ilə yekunlaşıb - 2:2. İlk qolu 14-cü dəqiqədə penalti ilə meydan sahiblərindən Mesut Özil vurub. 25-ci dəqiqədə Jozef de Souza Dias hesabı bərabərləşdirib.

30-cu dəqiqədə Mergim Berişa yenidən yerli komandanı önə çıxarıb. Lakin Lakin 59-cu dəqiqədə Jozef özünün və komandasının ikinci qolunu vuraraq, yekun nəticəni müəyyənləşdirib.

Bu nəticədən sonra "Fənərbağça" 28 xalla 5-ci, "Beşiktaş" 25 xalla 9-cu pillədə qərarlaşıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər