"Fənərbağça" və "M.Y.": Mourinyonun keçmiş klubunu məğlub etmək şansı əmsalla nə qədərdir?

Bu gün UEFA Avropa Liqasının Liqa mərhələsinin 3-cü turunda "Fənərbağça" öz meydanında "Mançester Yunayted"i qəbul edəcək.
BAKU.WS xəbər verir ki, "Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo 2016-2018-ci illərdə "Mançester Yunayted"də çalışıb.
Əksər bukmeker kontorları "Mançester Yunayted"in qələbəsinə 2,32 əmsal verir. Bu da təqribən 42% ehtimaldır. "Fənərbağça"nın qələbəsi bukmeker kontorlarında 3,03 əmsalla göstərilir ki, bu da təxminən 32% ehtimal deməkdir. Heç-heçə gözləntisi ən azdır, əmsallar 3.70 (26%) daxilindədir.
Xatırladaq ki, Şükrü Saracoğlu stadionunda keçiriləcək matçın start fiti Bakı vaxtı ilə saat 23:00-a planlaşdırılıb.
Oxşar xəbərlər
Arda Güler karyerasını Fransada davam etdirə bilər
Hazırda "Real Madrid"in şərəfini qoruyan Arda Güler karyerasını Fransada davam etdirə bilər. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bu barədə İspaniyanın "E...
