"Fənərbağça" prezidentinin olduğu avtomobil qəzaya düşdü
31
mar
2026
17:54
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Türkiyənin "Fənərbağça" klubunun prezidenti Sadettin Saran yol-nəqliyyat hadisəsi keçirib.
BAKU.WS DHA-ya istinadən xəbər verir ki, hadisə Ataşehir rayonunda, "Çobani" stadionu istiqamətində baş verib. Saranın olduğu avtomobil hərəkətdə olarkən qəzaya uğrayıb.
Qəza nəticəsində klub prezidenti yüngül xəsarət alaraq bədənində qançırlarla xilas olub. Avtomobili idarə edən sürücünün də yüngül xəsarət aldığı bildirilir.
Hadisədən sonra Sadettin Saranın vəziyyətinin qənaətbəxş olduğu açıqlanıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...