"Fənərbağça" ciddi cəhdlə 10 nömrə axtarır - Bu 3 ulduz əsas hədəfdir
"Fənərbağça"nın idman direktoru Mario Branko, portuqaliyalı baş məşqçi Joze Mourinyonun hesabatı ilə artıq qış transfer dövrü üçün hərəkətə keçib.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub "Real Madrid"də heyətə düşə bilməyən Arda Güləri icarəyə götürmək istəyir.
Joze Mourinyo gənc ulduzu heyətə qatmaq üçün keçmiş klubu ilə şəxsən əlaqə saxlamağa hazırdır.
Digər tərəfdən, İngiltərənin bir çox klubları ilə yanaşı, Almaniyadan Leverkuzen və Dortmund, İspaniyadan isə Sevilla klubları da Arda üçün hərəkətə keçmək niyətindədir.
Bu transfer "Fənər" üçün hələlik "xəyal" kimi görünür. Ancaq fürsət yaranarsa, "Fənərbağça" rəhbərliyi bütün imkanlarını səfərbər etmək əzmindədir.
Argentina futbolunun "Brilliantı" Romadan ayrılmağa hazırlaşır. Dibalanın İtaliya komandası ilə müqaviləsi mövsümün sonunda başa çatacaq. "Sarı-qırmızılar" Tanqoçunu yayda pulsuz göndərməkdənsə, yanvarda pul qarşılığında transfer etməyi üstün tuturlar.
"Fənərbağça"nın idman direktoru Mario Branko noyabrda "Roma"nın menecerləri ilə görüş keçirəcək. Paulo Dybalanı razı salmaqla bağlı "Fənər"in ən böyük qozu Joze Mourinyo olacaq.
Ali Koç bu yay braziliyalı ulduzun - Taliskanın transferində yekun nəticəyə çatdı, lakin Mourinyo təsdiq etmədiyi üçün imza atılmadı. Lakin dünya şöhrətli çalışdırıcının Taliska ilə bağlı qərarını dəyişdiyi iddia edilib. Arda Gülər və Dybalanın cəhdləri uğursuz olarsa, "Fənərbağça" rəhbərliyi 30 yaşlı hücumçu üçün yenidən hərəkətə keçməyi planlaşdırır.
Taliskanın "AlNassr"la 2026-cı ilin iyununa qədər müqaviləsi var. Bununla belə, liqada "Əl-Hilal"dan 6 xal geri qalan Səudiyyə Ərəbistanı yığması braziliyalı futbolçunu ulduz transfer üçün sata bilər.
Oxşar xəbərlər
Fernandu Santuş milli komandadan ayrılır?
Azərbaycan millisinin baş məşqçisi Fernandu Santuş dekabrda AFFA İcraiyyə Komitəsinə hesabat verəcək. BAKU.WS sportinfo.az-a istinadən xəbər verir ki, 70 yaşlı...