Fatih Terim İngiltərə-Türkiyə matçında hakimin səhvini sübut etdi (VİDEO)
İngiltərə-Türkiyə matçında ilk qol ofsayddan vurulması böyük səs-küyə səbəb olub.
BAKU.WS-in məlumatına görə, ev sahibi komandanın futbolçusu Herri Kinin vurduğu qoldan sonra maraqlı hadisələr baş verib.
Qarşılaşmanın hələ 3-cü dəqiqəsində Dele Allinin pasını qola çevirən futbolçu açıq-aşkar ofsayda düşüb. Türkiyənin uzun müddət etirazına baxmayaraq qol verilib. Türk əslli alman hakim Dəniz Aytəkin qərarını dəyişməyib. Qoldan sonra Türkiyə baş məşqçisi Fateh Terim ofsayddan vurulan qola görə hakimə etiraz edib.
Fateh Terim matçın 12-ci dəqiqəsində Hakan Çalhanoğlunun vurduğu qoldan sonra 4-cü hakim Daniel Siebertin yanına gedərək mobil telefondan İngiltərənin atdığı qolu izlətdirib və ofsayd olduğunu izah edib.
BAKU.WS
Oxşar xəbərlər
Qapıçı bütün futbolçuları keçib rəqib qapıya qol vurdu (VİDEO)
"Vest Hem Yunayted" klubunun qapıçısı Adrian "Vest Hem Yunayted All-Stars"la dostluq matçında maraqlı qol vurub. BAKU.WS-in məlumatına görə, klubun futbolçusu...