Evdə məşq edən Luka Yoviçin ayağı qırılıb

Evdə məşq edən Luka Yoviçin ayağı qırılıb
İdman 89

Koronavirus səbəbindən bütün dünyada olduğu kimi La Liqada da futbol çempionatları dayandırılıb.

BAKU.WS “Anadolu” agentliyinə istinadən xəbər verir ki, futbolçular formadan düşməmək üçün evdə məşqlərini davam etdirirlər.

“Real Madrid”in gənc hücumçusu Luka Yoviç isə evdə məşq edərkən bədbəxt hadisə ilə üzləşib. Məlumata görə, serbiyalı futbolçunun ayağı qırılıb.

Qeyd edək ki, “Real Madrid” Yoviçi “Ayntraxt”dan 60 milyon avroya transfer etmişdi.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər