Estoniya yığmasının baş məşqçisi: “Azərbaycan millisi ilə oynamaq asan olacaq”
Yeniliklərdən dərhal xəbərdar olun
“Azərbaycan millisinə qarşı keçirəcəyimiz növbəti matçda oynamaq, bəlkə də, bir az asan olacaq”.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Estoniya yığmasının baş məşqçisi Tomas Heberli Avstriyaya 1:2 hesabı ilə məğlub olduqları AVRO-2024-ün seçmə mərhələ oyunundan sonra deyib.
İsveçrəli mütəxəssis F qrupunun növbəti oyununu Azərbaycan millisinə qarşı keçirəcəklərini xatırladıb: “Avstriya ilə oyun çox çətin idi. Amma Azərbaycanla qarşılaşma fərqli olacaq. Həmin matçda topa daha çox sahib ola və hücum futbolu göstərə biləcəyik”.
Qeyd edək ki, F qrupunun III turunda keçiriləcək Azərbaycan – Estoniya oyunu iyunun 17-də “Dalğa Arena”da baş tutacaq.
Oxşar xəbərlər
Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub
Azərbaycan millisi tarixində 14 dəfə 5 və ya daha çox top fərqi ilə məğlub olub. BAKU.WS report-a istinadən xəbər verir ki, yığma sonuncu belə yenilgisini AVRO-...