Ermənistan idmançıları Bakıya gələcək

Ermənistan idmançıları Bakıya gələcək
İdman 63

Ermənistan idmançıları Bakıda keçiriləcək atıcılıq üzrə dünya çempionatında iştirak edəcəklər.

BAKU.WS “Sputnik Armenia”ya istinadən xəbər verir ki, bu barədə Ermənistanın Atıcılıq Federasiyasının baş katibi Areq Sarıbekyan açıqlama verib.

Onun sözlərinə görə, Bakıdakı yarış Paris-2024 Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıdığı üçün iştirak etmək qərarı alıblar.

Qeyd edək ki, oyunlar 2024-cü il 26 iyul - 11 avqust tarixləri aralığında keçiriləcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər