Ərəbistan klubundan “Qalatasaray”ın ulduzuna fantastik təklif - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
"Qalatasaray"ın ötən yay "Çelsi"dən icarə əsasında heyətinə qatdığı Hakim Ziyeş üçün Səudiyyə Ərəbistanından çılğın təklif gəlib.
BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı komandalarından olan “Əl-Şəbab” 31 yaşlı mərakeşli cinah oyunçusuna 2,5 il ərzində 37,5 milyon avro xalis maaş vəd edib.
“Əl-Şəbab” yay transfer dövründə də Hakim Ziyeşi heyətinə qatmaq və hətta onu tibbi müayinədən keçirmək istəyib.
Lakin ulduz futbolçu sağlamlıq testlərindən keçə bilməyəndən sonra transfer ləğv edilib və o, "Qalatasaray"a gəlib.
Xatırladaq ki, mövsümün əvvəlində “Qalatasaray”a qoşulan Hakim Ziyeş sarı-qırmızılı forma ilə ümumilikdə 20 rəsmi oyuna çıxıb.
Mərakeşli futbolçu sözügedən matçlarda 6 qol vurub, 4 dəfə məhsuldar ötürmə verib.
Oxşar xəbərlər
Türkiyədə çıxış edən ən dəyərli 5 futbolçu - FOTO
Milyonlarla futbolsevərin yaxından izlədiyi Beynəlxalq İdman Araşdırmaları Mərkəzi (CIES) Türkiyə Super Liqasında 25 yaşdan kiçik futbolçuların təxmini transfer...