Emin İskəndərov: "Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir"

Emin İskəndərov: Dünya çempionatında qızıl və gümüş medal qazanmaq böyük nəticədir
İdman 0

Azərbaycanın yeniyetmə cüdoçularının Ekvadorun Quayakil şəhərində keçirilmiş dünya çempionatında 1 qızıl, 1 gümüş medal qazanması böyük nəticədir.

BAKU.WS xəbər verir ki, bu barədə report-a oğlanlardan ibarət millinin baş məşqçisi Emin İskəndərov açıqlama verib.

O, turnirlə bağlı təəssüratlarını bölüşüb:

"Dünya çempionatında qızıl və gümüş mükafat qazanmaq böyük nəticədir. Yarışa 10 idmançı ilə yollanmışdıq. Onlardan 8-i "7-liy"ə düşüblər. 3 nəfər üçüncü yer uğrunda, digər üçü isə üçüncü yer uğrunda görüşə vəsiqə uğrunda qarşılaşmada uduzdu. Üçüncü yer uğrunda güləşənlər də medal qazana bilərdilər. Şansları var idi. Medal sayımız çox ola bilərdi".

Mütəxəssis turnirdən altı gün əvvəl sözügedən ölkəyə yollandıqlarını xatırladıb:

"Azərbaycan Cüdo Federasiyası idmançıların tez uyğunlaşması üçün şərait yaratmışdı. Bu da bərpa üçün kifayət edir. Bəzi texniki səhvlərə görə məğlubiyyətlər oldu".

E.İskəndərov medal qazananların perspektivli cüdoçular olduğunu sözlərinə əlavə edib:

"Medal qazanmayan idmançılarımız da yaxşıdır. Onlar da mükafatçılar sırasına düşə bilərdilər. Öz səhvləri ucbatından alınmadı və məğlub oldular Hər iki cüdoçumuzun finala çıxacağını gözləyirdik. Rəqiblər də güclü idi. Onlar növbəti ildə də komandada olacaqlar".

Xatırladaq ki, dünya çempionatında yığma üzvlərindən Fərid Rzazadə (50 kq) qızıl, Ayxan Həsənli (81 kq) gümüş medal qazanıb.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər