Emin Əfəndi: Futbola bir az yaxın adamam

Emin Əfəndi: Futbola bir az yaxın adamam
İdman 1893
Bəlkə də kimlər üçünsə, ümumiyyətlə bu oyundan başım çıxmır. Bu yazını Qazaxıstan - Azərbaycan yoldaşlıq oyununun birinci hissəsindəki fasilə zamanı yazıram. Oyun yoxlama xarakterlidi və heç bir əhəmiyyət daşımasa da, millinin uğurlarını nadir hallarda gördüyümüz üçün biz hər uğursuzluğumuza həssas yanaşırıq. BAKU.WS-in məlumatına görə, bu sözləri aparıcı, prodüser Emin Əfəndi Telegram-dakı şəxsi bloqunda yazıb. Emin Əfəndi hesab edir ki, vəziyyət bildiyiniz kimi qazaxcadır:"2:0 uduzuruq və meydanda demək olar ki, biz tərəfdən heç nə baş vermir. Bəlkə də bundan sonra da baş versə, yalnız qazaxıstancasına baş verəcək. Yazını yazmaqda isə əsas səbəb odur ki, bu oyundan sonra Qurban Qurbanova bir çox adam irad bildirəcək. Bütün bu fikirlərə təbii ki, hörmətlə yanaşıram. Ən azı ona görə ki, biz öz millimizə bağlıyıq və Allahın Qazaxıstanı heç də Almaniya və ya Fransa deyil ki, biz onların qarşısında bu qədər aciz olaq.Amma... Bir qədər düşünək...Qurban Qurbanovun milliyə təyinatını millət verdi. Bəli, hər birimiz "Qarabağ"ın uğurlarının memarı kimi məhz bu adamı gördük. "Qarabağ" isə bildiyimiz kimi Millət və Xalq məfhumu qədər bizə əzizdir. Və bu təyinat bəzi futboldan pul qazananlar tərəfindən heç də birmənalı şəkildə qarşılanmadı. Əlbəttə bunu açıq şəkildə heç kəs dilə gətirməyə cürət edə bilməzdi çünki, yuxarıda qeyd etdiyim kimi təyinat verən adi ölkə strukturu olmayıb. Bu məğlubiyyətdən sonra isə çoxlarının dili açılacaq. Onlara cavabım isə budur. Millət millinin milli baş məşqçisini sona qədər dəstəkləyəcək. Ən azından ona görə ki, bu adamın saflığına, dürüstlüyünə, yeyinti etməməsinə və millətini sevməsinə heç kəsin şübhəsi yoxdur. Allahın Qazaxıstanına 10:0 uduzsaq belə. Və, sonda xatırlatmaq istərdim ki, Qurban Qurbanov Qarabağa baş məşqçi kimi gəldiyinin ilk mövsümündə klub 5-ci yeri tutmuşdu".EMİN Əfəndi: https://t.me/EminAfandi/18BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər