Rövnəq Abdullayev: "Futbolçulara demişdim ki, Azərbaycana gəlməyin"

Rövnəq Abdullayev: Futbolçulara demişdim ki, Azərbaycana gəlməyin
İdman 4771
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan – San Marino matçında sonra jurnalistlərə müsahibə verib. Federasiya rəsmisi apasport.az saytının əməkdaşının da suallarını cavablandırıb.- Oyun haqqında fikirlərinizi bölüşün zəhmət olmasa...- Normal oyun oldu. Uşaqlar yaxşı hazırlaşmışdılar və yaxşı da nəticə qazandılar. Norveçlə oyundan sonra azarkeşləri sevindirə bildilər.- 5 qol sizin üçün gözlənilməz olmadı?- Norveçə məğlubiyyətdən sonra demişdim ki, San Marinoya üç qoldan az vursanız, ölkəyə gəlməyin (gülür). 5 qol məncə ilk idi millinin tarixində, 10 xal da yenilikdi. Düzdü, şansı əldən verdik, ancaq ən azından qrup sonuncusu olmayacağıq.- Qazonun bərbad vəziyyəti ilə bağlı nə deyə bilərsiniz?- Bərbad deyildi. Yaydı, istidə adam da yanır. Bir az sərinlik olsun, düzələcək.- Artıq qrup oyunları sona yaxınlaşır. Millinin çıxışı ürəyinizcə oldumu?- Hamı istəyir ki, qabağa getsin. “Qarabağ” ÇL-də qrupa düşdü, hamımız sevindik. Biz də çalışırıq ki, həm milliyə, həm də klublara uğurlar qazanması üçün köməklik göstərək.- Buraxılan bir qol ən böyükhesablı qələbəyə mane oldu. Buna üzülmədiz?- Gəlin, yerə enək, ayağımızı yerə qoyaq.- Cüdo millisi haqqında nə düşünürsüz?- Məncə, uğurlu çıxış etdilər. Medal sayına görə üçüncü sırada olduq. Bəzi şübhəli məqamlar da oldu. Nəticəni yaxşı saymaq olar. Nəzərə alsaq ki, keçən mundial medal qazanmamışdıq, budəfəkini əla saymaq olar.- Bu komanda həm gənc, həm də yerli idmançılardan təşkil olunub. Elxanı çıxmaq şərti ilə hamısı növbəti olimpiadada medala əsas ümidlərdən olacaqlar...- Elxan əla mübarizə apardı. Bizim tariximizdi o. Hətta az qaldı bu dünya çempionatında da medal alsın, son anda alınmadı.- Olimpiadada medala ümid var?- Ümid olmasa, gərək ümumiyyətlə işləməyək.- Qayıdaq futbola. 10 xal millinin tarixində rekord göstəricidir...- Gəlin, bu rekord söhbətini yığışdıraq. Uşaqlar orbitdən çıxandan sonra onları yığıb, toparlamaq olmur. Qarşıda hələ Çexiya ilə oyun var. Gərək o oyundan nəticə alsınlar. Çox arxayın idik ki, Norveçdən xal ala bilərik, alınmadı. Gəlin, gözləyək, tsikl bitsin, sonra təhlil edərik. Qarşıda hələ AÇ-2020 durur, ona hazırlaşmalıyıq. Çalışırıq ki, öz ölkəmizdə biz də oynayaq.BAKU.WS
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

"Biz futbolçuların səviyyəsi budur" - Rəşad Sadıqov

"Biz futbolçuların səviyyəsi budur" - Rəşad Sadıqov

Azərbaycan milli komandasının və "Qarabağ"ın kapitanı Rəşad Sadıqov Norveç yığmasına səfərdə 0:2 hesabı ilə uduzduqları 2018-ci il dünya çempionatının seçmə qru...

9319 İdman 10:30 02 sentyabr 2017

Son xəbərlər