Rövnəq Abdullayev: "Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə"
AFFA prezidenti Rövnəq Abdullayev Azərbaycan milli komandasının Çexiya ilə səfərdə 0:0 hesablı heç-heçə etdiyi 2018-ci il dünya çempionatının seçmə qrup matçından sonra brifinq keçirib.
"Report"un məlumatına görə, R.Abdullayev əvvəlcə oyunu dəyərləndirib.
- Futbolçularımız yaxşı oynadılar, güclərini qoydular. Yağış da öz işini görürdü. Biz yağışda oynamağı adətən bacarmırıq. Amma bu dəfə oynamağı bacardılar. Razıyıq, gözəl oyun sərgilədilər. Şanslar da çox idi. Bilirsiniz ki, Çexiya da Çexiyadır da... Rəqib meydanında belə oyun görmək fərəhli haldır.
- 3 oyundan sonra 7 xal. Üstəlik, bir top da buraxmamışıq. Hər halda gözləmirdiniz...
- Niyə gözləmirdik? Niyə də yox?!
- Artıq komandamız liderlər qrupundadır. Bunu möcüzə saymaq olar?
- Gəlin, eyforiyaya qapılmayaq. "Liderlər qrupundayıq" deyirsiniz. Sonra da başlayacaqsınız Almaniya ilə oyundan qələbə istəməyə.
- Bu məqamda aktual məsələlərdən biri mükafat məsələsidir. İstərdik buna da aydınlıq gətirəsiniz...
- Gəlin, bu məsələni çox qabartmayaq. Ən böyük mükafat Vətən, bayraq uğrunda vuruşmaqdır. Ordumuzun qələbələrinin qabağında bu boş şeydir.
- Amma iştah diş altındadır...
- Yaşayarıq, görərik. Mənim sözüm Robert Prosineçkini baş məşqçi kimi tanımadığını deyən çexiyalı həmkarı Karel Yarolimədir: Futbolda gərək belə etməyəsən, ən kiçik ölkənin komandasını da qəbul edəsən. Bizimkilər də deyir ki, hə, nə olsun, San Marinonu udmuşuq da... Elədirsə, biz Türkiyəni də udmuşuq.
BAKU.WS
Oxşar xəbərlər
Yığmamız Çexiyada da tarix yazdı
Bu gün DÇ-2018-in seçmə qrup mərhələsində 3-cü tura yekun vurulub. Azerisport.az xəbər verir ki, C qrupunda yer alan Azərbaycan yığması da növbəti matçına çıxıb...