Emin Əmrullayev: "Neftçi" Azərbaycan futbolunun simasıdır"
"Bu müqavilə "Neftçi"nin strateji inkişafı üçün önəmlidir".
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, bunu "Neftçi"nin İdarə Heyətinin üzvü Emin Əmrullayev klubun "Palms Sports" şirkəti ilə əməkdaşlıq müqaviləsi imzaladıqları tədbirdə deyib.
O, paytaxt təmsilçisinin dayanıqlı inkişafı üçün işlərin görülməli olduğunu bildirib:
"Neftçi" Azərbaycan futbolunun simasıdır. Hazırkı durum azarkeşlərin xoşuna gəlmir. "Neftçi"yə yalnız birinci yer yaraşır. Biz müvəqqəti yox, uzunmüddətli nəticənin arxası ilə düşəcəyik. Asan proses deyil, amma bütün bunlar klubun maliyyə dayanıqlılığından asılıdır. İnanıram ki, böyük qələbələri birlikdə qeyd edəcəyik".
Oxşar xəbərlər
"Sumqayıt" turun açılış oyununda "Karvan-Yevlax"la bərabərə qalıb
Misli Premyer Liqasında XXIII tura start verilib. BAKU.WS report-a istinadən xəbər verir ki, turun ilk oyun günündə "Sumqayıt" səfərdə "Karvan - Yevlax"la bərab...