Elxan Məmmədov: “Bu cür qrupda yaxşı nəticə qazanmaq mümkündür”

“Eyni səviyyəli komandalarla bir qrupda yer almışıq. Monteneqro millisini nisbətən güclü rəqib hesab etmək olar. Bu komandanın C liqasının 1-ci səbətində yer alması da fikrimi təsdiqləyir”.
BAKU.WS-in məlumatına görə, bu sözləri AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov federasiyanın rəsmi saytına açıqlamasında UEFA Millətlər Liqasının püşkünü dəyərləndirərkən deyib.
E.Məmmədov bildirib ki, bizi maraqlı yarış gözləyir: “Milli komandamıza uğurlar arzulayıram. Təbii ki, əsas məqsədimiz hər oyunda 3 xal qazanmaq olacaq. Bu cür qrupda mübarizə aparmaq və yaxşı nəticə qazanmaq mümkündür”.
Qeyd edək ki, Azərbaycan millisi Monteneqro, Kipr və Lüksemburq seçmələri ilə birlikdə C Liqasının I qrupunda mübarizə aparacaq.
Oxşar xəbərlər
AFFA-nın yeni Nizamnaməsi qəbul olunub
"Bulvar otel"də AFFA-nın növbədənkənar Konfransı işə başlayıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, iclasın gündəliyində 2 məsələ yer alıb. Toplantı işti...