"Əl Nəsr" rəhbərliyi Ronaldoya 155 min avroluq avtomobil hədiyyə etdi
Səudiyyə Ərəbistanının "Əl Nəsr" futbol klubu öz oyunçularını dəbdəbəli hədiyyələrlə sevindirib.
BAKU.WS xəbər verir ki, onlar oyunçulara 155 min avro qiyməti olan BMW XM avtomobillərinin açarlarını təqdim ediblər.
Portuqaliyalı Kriştiano Ronaldo, seneqallı Sadio Mane və digər futbolçular avtomobillərinin yanında foto çəkdiriblər.
Bu səxavət yerli çempionatın əsas tərəfdaşı olan Mohamed Yousuf Naghi Motors tərəfindən maliyyələşdirilib. Müqavilənin şərtlərinə əsasən, oyunçular şəxsi nömrələri olan lüks avtomobillər alırlar.
"Əl Nəsr" bu mövsüm 25 xal toplayıb və dördüncü yerdədir. Lider "Əl-İttihad"dan 11 xal fərq var.
Oxşar xəbərlər
Dünya çempionatında həyəcan davam edir: Türkiyə, Braziliya və ABŞ meydana çıxır
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir. BAKU.WS xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol a...