Dyuro Muqoşa: "Milli Gimnastika Arenası indiyədək oynadığım ən möhtəşəm məkandır"
Yeniliklərdən dərhal xəbərdar olun
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatının 1/8 finalında Polşanı məğlub edərək (1:0) növbəti mərhələyə vəsiqə qazanan Monteneqro komandasının futbolçusu Dyuro Muqoşa yarışın keçirildiyi Milli Gimnastika Arenasını xüsusi fərqləndirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, o, açıqlamasında təşkilatçılığın yüksək səviyyədə olduğunu vurğulayıb.
"Şübhəsiz, Azərbaycan millisi dünya çempionatının favoritidir. Bu komanda çox güclüdür. Təşkilatçılıq gördüyüm ən yaxşı səviyyədədir. Milli Gimnastika Arenası indiyə qədər oynadığım ən möhtəşəm məkandır", - deyə futbolçu bildirib.
D.Muqoşa Polşa ilə matçı da dəyərləndirib:
"Oyun çox çətin idi. Bu indiyədək keçirdiyimiz ən yaxşı matç idi. Qələbə qazandıq, çox yorğunam, çünki güclü komandaya qarşı oynadıq. Yarışda birinci olmaq üçün əlimizdən gələni edəcəyik. Addım-addım irəliləyirik".
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...