Dünyanın ən yaşlı futbolçusu hazırkı klubu ilə müqaviləsini uzatdı
Yeniliklərdən dərhal xəbərdar olun
Dünya futbolunun ən yaşlı oyunçusu Kazuyoşi Miura peşəkar karyerasını davam etdirmək qərarına gəlib.
BAKU.WS "euro-football.ru"ya istinadən xəbər verir ki, 56 yaşlı hücumçunun da yer aldığı Portuqaliya "Oliveyrense"si sosial şəbəkədə futbolçu ilə müqavilənin yeniləndiyi bildirib.
Futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Portuqaliyanın ikinci ən güclü divizionunda oynayan Miura keçən mövsüm qol vurmadan üç oyun keçirib.
Xatırladaq ki, Kazuyoşi Yaponiya millisinin forması ilə 89 görüşə çıxıb və 55 qol vurub.
1986-cı ildən bəri o, beş onillik ərzində 786 peşəkar qarşılaşmada forma geyib.
Oxşar xəbərlər
Maksim Medvedev: “Bəzən millinin oyununa baxanda televizoru beş dəqiqəlik söndürürəm” - MÜSAHİBƏ
“Bəzən “Qarabağ” da uduzur, amma insanlar alqışlayırlar. Çünki görürlər ki, futbol oynayırıq. Biri də var ki, meydana çıxırsan, amma futbol göstərmirsən. Mən də...