Dünya Kuboku: Azərbaycan şahmatçısı finala çıxa bilməyib
20
avq
2023
21:39
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda finala çıxa bilməyib.
BAKU.WS report-a istinadən xəbər verir ki, 28 yaşlı qrossmeyster yarımfinalda beşqat dünya çempionu, norveçli Maqnus Karlsenə iki oyunun cəmində məğlub olub.
İlk görüşdə rəqibinə uduzan Abasova cavab duelində mütləq qələbə lazım idi. Lakin o, ağ fiqurlarla heç-heçə edib. Ümumi nəticədə 0,5:1,5 hesabı ilə uduzan şahmatçımız avqustun 22-də üçüncü yer uğrunda mübarizə aparacaq.
Qeyd edək ki, Dünya Kubokuna avqustun 24-də yekun vurulacaq.
Oxşar xəbərlər
Nicat Abasov bu gün Maqnus Karlsenlə üz-üzədir
Azərbaycanda keçirilən şahmat üzrə Dünya Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək. BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Azərbaycan şahmatçı...