Dünya Kuboku: Abbasovdan parlaq qələbə

Dünya Kuboku: Abbasovdan parlaq qələbə
İdman 4

Nicat Abasov Şahmat üzrə Dünya Kubokunun III mərhələsində niderlandlı Aniş Girini üstələməklə növbəti mərhələyə vəsiqəni təmin edib.

İlk rapid oyununda təcrübəli qrossmeyster qələbə qazansa da, Abasov ikinci qarşılaşmada hesabı bərabərləşdirib. İlk iki blits partiyasında tərəflər heç-heçəyə razılaşıblar - 0,5:0,5; 0,5:0,5. Növbəti blits partiyaları həlledici olub.

Birinci blits bərabərliklə başa çatsa da, növbəti oyun Abasovun qələbəsi ilə yekunlaşıb. Azərbaycan şahmatçısı 1/16 finalda FIDE adından çıxış edən Pyotr Svidlerlə qarşılaşacaq.

Qeyd edək ki, avqustun 8-i Dünya Kubokunda istirahət günüdür.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər