Dünya çempionu olan Azərbaycan güləşçisi: "Yarış mənim üçün çox uğurlu alındı"
Yeniliklərdən dərhal xəbərdar olun
Bolqarıstanın Samokov şəhərində keçirilən U-20 dünya çempionatı Azərbaycanın yunan-Roma güləşçisi Ayxan Cavadov (60 kq) üçün olduqca uğurlu alınıb.
Bunu "Report"a açıqlamasında idmançı özü deyib.
O, qazanılan nəticəyə görə Azərbaycan Güləş Federasiyasının rəhbərliyinə təşəkkür edib:
"Məni yarışa hazırlayan məşqçiləri unutmamalıyıq. Onların bu işdə zəhmətləri böyükdür. Bu dünya çempionatı mənim üçün çox uğurlu alındı. Hələ ki, bir müddət öz çəkimdə mübarizə aparmağı düşünürəm. Ümid edirəm ki, qarşıdakı yarışlarda da öz nəticələrimlə Azərbaycan xalqını sevindirəcəyəm".
Qeyd edək ki, Ayxan Cavadov həlledici görüşdə ermənistanlı Yurik Mxitaryana 12:5 hesabı ilə qalib gələrək fəxri kürsüyə yüksəlib.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...