Dünya çempionu ikinci dəfə qitə birinciliyinə qatıla bilməyəcək

Dünya çempionu ikinci dəfə qitə birinciliyinə qatıla bilməyəcək
İdman 305

Bazar ertəsi Slovakiyada güləş üzrə Avropa çempionatına start veriləcək.

Oxu.Az xəbər verir ki, son dünya çempionatının qalibi Əbdürrəşid Sadullayev turnirdə iştirak etməyəcək. Buna da səbəb Sadullayevə vizanın verilməməsidir.

Xatırladaq ki, dünya çempionu ardıcıl ikinci Avropa çempionatını buraxacaq. Sadullayev keçən il Rumıniyada baş tutan qitə birinciliyinə də oxşar səbəblərə görə qatıla bilməmişdi. Şengen vizası olmasına baxmayaraq, onu Rumıniya sərhədindən buraxmamışdılar.

Əbdürrəşid Sadullayevi 97 kq çəki dərəcəsində Maqomed Qurbanov əvəz edəcək.

Qitə birinciliyində ölkəmiz 24 idmançı ilə təmsil olunacaq.

Oxşar xəbərlər

"Qəbələ" I Liqada çempionluğu rəsmiləşdirib

"Qəbələ" I Liqada çempionluğu rəsmiləşdirib

"Qəbələ" Azərbaycan I Liqasında çempionluğu rəsmiləşdirib. Bu, XXIII turda baş tutan MOİK-lə oyundan sonra reallaşıb. Bölgə təmsilçisi doğma meydanda "hərbçilər...

57 İdman 21:27 25 aprel 2025

Son xəbərlər