Dünya çempionatında həyəcan davam edir: Türkiyə, Braziliya və ABŞ meydana çıxır
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında ikinci turun oyunları davam edir.
BAKU.WS xəbər verir ki, qrup mərhələsinin növbəti turu çərçivəsində yaşıl meydanlarda futbol azarkeşlərini bir-birindən maraqlı qarşılaşmalar gözləyir.
D qrupunda günün ən diqqətçəkən duellərindən biri ABŞ və Avstraliya yığmaları arasında baş tutacaq. Bu qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 23:00-da çalınacaq.
Həmin qrupun digər vacib görüşündə isə Türkiyə və Qətər milliləri üz-üzə gələcəklər. Azarkeşlərin maraqla gözlədiyi bu matça iyunun 20-də, saat 07:00-da start veriləcək.
C qrupunun mübarizəsinə gəldikdə, iyunun 20-də gecə saat 02:00-da Şotlandiya və Mərakeş milliləri meydana çıxacaq, saat 04:30-da isə Braziliya və Haiti yığmalarının qarşılaşması baş tutacaq.
Dünya çempionatı
II tur
C qrupu
20 iyun
02:00. Şotlandiya - Mərakeş
04:30. Braziliya - Haiti
D qrupu
19 iyun
23:00. ABŞ - Avstraliya
20 iyun
07:00. Türkiyə - Qətər
Qeyd edək ki, mundiala iyulun 19-da yekun vurulacaq.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...