"Dinamo" "Tərəkəmə" sədaları ilə Bakıdan paylaşım etdi
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Konfrans Liqasının III təsnifat mərhələsində "Qarabağ"la qarşılaşacaq "Dinamo Kiyev" Bakıya çatıb.
BAKU.WS xəbər verir ki, Ukrayna klubu paytaxta səfərindən sonra sosial media hesabında Azərbaycanla bağlı paylaşım edib.
Komandanın paylaşımında milli musiqimizin tanınmış nümunələrindən olan "Tərəkəmə" mahnısından istifadə olunması diqqət çəkib.
Qeyd edək ki, "Qarabağ" və "Dinamo Kiyev" arasında ilk oyun Polşada keçirilib. Görüşdə ukraynalılar minimal hesabla – 1:0 qalib gəliblər.
Cavab qarşılaşması 13 avqustda Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək. Matçın start fiti saat 20:00-da səslənəcək.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...