Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI
İdman 18

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2025/26 mövsümü başa çatmaq üzrədir. Son tur yalnız 6-cı pillənin sahibinin müəyyənləşməsi baxımından əhəmiyyətlidir. Çempion da bəllidir, avrokubok iştirakçıları da, elita ilə vidalaşan komanda da. Bu mövsüm ölkə çempionatımız bir neçə yeniliklə yadda qaldı. İlk növbədə say 10-dan 12-yə yüksəldildi. Eyni zamanda, legioner futbolçulara qoyulan limit ləğv olundu. Elə nəticələr baxımından da yeniliklər az deyildi. Bütün bunların fonunda əminliklə demək olar ki, bu, son illərin ən maraqlı çempionatı oldu. Ciddi rəqabətin olduğu mövsümdə hər oyun maraqlı alındı, həlledici mahiyyət daşıdı.

BAKU.WS mövzu ilə bağlı "Kaspi" qəzetinin məqaləsini təqdim edir:

"Qızıl dubl"la dəyişən çempion

2025/26 mövsümü Azərbaycanda yeni çempionla əlamətdar oldu. "Sabah" "Qarabağ"ın hegemonluğuna son qoydu. Masazır klubu mövsümboyu davam etdirdiyi üstünlüyü əlində saxlamağı bacardı. "Futuristlər" sona dörd tur qalmış çempionluğu rəsmiləşdirdilər. "Sabah" üçün mövsüm "qızıl dubl"la əlamətdar oldu. Valdas Dambrauskasın rəhbərlik etdiyi kollektiv final oyununda "Zirə"ni üstələyərək Azərbaycan Kubokunu da başı üzərinə qaldırdı.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

İndi "Sabah"ı daha ciddi sınaq gözləyir. Komanda ilk dəfə Çempionlar Liqasında (ÇL) çıxış edəcək. Düzdür, "Sabah"ın müəyyən avrokubok təcrübəsi var. Lakin bu, yeni bir səviyyədir və tələbləri daha fərqlidir. "Qarabağ" ÇL-dəki çıxışı ilə azarkeşləri uğura öyrəşdirib. Bu isə "Sabah"a olan tələbləri də artırıb. Komandanın göstərdiyi oyun gözəgəlimlidir və avrokuboklar üçün ümid verir. Lakin sırf ÇL-də "baş çıxarmaq" üçün daha artığına ehtiyac var. Reytinqi nisbətən aşağı olan "Sabah" I təsnifat mərhələsində "səpələnməmişlər" səbətində yer alıb. Komandanın potensial rəqibləri arasında "Kayrat", "Universtatya Krayova", "Klaksvik" kimi təcrübəli və güclü kollektivlər var.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

Lakin heç biri keçilməz deyil. Mübarizəyə qitənin bir nömrəli klub turnirində başlamaq "Sabah" üçün Avropa Liqası, Konfrans Liqası şanslarını da artırır. Böyük ehtimalla komanda ilk dəfə avrokubokların liqa mərhələsində yarışmaq hüququ qazanacaq. Lakin, əlbəttə, əsas tələb ÇL-də uğur qazanmaqdır. Bunun üçün isə yaxşı hazırlıq və yeni, daha üst səviyyəli oyunçular lazımdır.

"Qarabağ" üçün yeni çağırış

"Qarabağ" üçün də mövsümü uğursuz adlandırmaq olmaz. Komanda ölkədaxili yarışlarda istədiyi nəticələri qazanmasa da, ÇL-dəki çıxışı alqışa layıq oldu. Liqa mərhələsində mübarizə aparan "atlılar" tarixində ilk dəfə pley-offa vəsiqə qazanmağı bacardı. Gücünü, əsasən, oraya yönəldən komandada futbolçuların fiziki və psixoloji yorğunluğu bəzi məqamlarda ağdamlıların çempionata tam köklənməsinə, lazımi nəticələri qazanmasına mane oldu. Bu, "Sabah"ın qələbəsinə kölgə salmamalıdır, lakin mütəxəssislər hesab edirlər ki, çempionluğun əldən verilməsində bu məqamın rolu az deyildi. Yay "Qarabağ" üçün çox hərəkətli keçəcək. Çempionluğu uduzan Ağdam klubu yeni çağırışla üz-üzədir.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

"Sabah" "süvarilər"ə ciddi rəqabət təklif edir. Komandanın heyətində ciddi dəyişikliklər olacağı gözlənilir. Əksər futbolçuların artıq uğura "doyduğu" və əvvəlki motivasiya ilə çıxış etmədiyi aşkar görünür. Bəzi oyunçuların isə ölkə xaricindən daha yaxşı təkliflərinin olduğu bildirilir. Belə vəziyyətdə heyətdə köklü dəyişikliklərin olacağı gözlənilir. Ağdamlılar artıq transfer fəaliyyətinə başlayıblar. Klub Kipr "Omoniya"sından Jali Muaddibi heyətinə qatıb. Yeni mövsümün startına qədər keçidlərin çox olacağı gözlənilir.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

"Qarabağ" ölkəmizi Premyer Liqanın 2-cisi kimi Avropa Liqasında təmsil edəcək. Komandanın avrokuboklarla bağlı formalaşdırdığı inam bu mövsüm də ən azı liqa mərhələsində çıxış edəcəyini gözləməyə əsas verir.

32 illik həsrətin sonu

Yeni mövsüm avrokuboklarda yarışacaq daha bir komanda "Turan Tovuz"dur. Qərb təmsilçisi 32 illik həsrətə son qoyub. 1994-cü ildə Azərbaycan klubları arasında ilk dəfə məhz "Turan" UEFA kubokunda mübarizə aparıb. İndi isə onlar Premyer Liqanın üçüncüsü kimi UEFA Konfrans Liqasında yarışmaq hüququ qazanıblar. Klub rəqiblərini Tovuzda qəbul etmək üçün Tovuz şəhər stadionunda təmir işlərinə də artıq start verib.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

"Turan Tovuz"un avrokubok təcrübəsi olmasa da, Kurban Berdıyev kimi baş məşqçiyə sahibdir. Bəzən azarkeşlər onun praqmatik oyun üslubunu bəyənmirlər. Lakin təcrübəli mütəxəssis nəticə əldə etməyi bacarır. İndiki məqamda ən əhəmiyyətli olan da budur. Bu baxımdan, Tovuz təmsilçisindən də uğurlu çıxış gözləməyə dəyər. Lakin komandanın ciddi şəkildə güclənməsinə ehtiyac var.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

Vernidubla geri qayıdan "Neftçi"

"Neftçi" mövsümə uğursuz başlasa da, vaxtında verilən doğru qərar komandanın çempionatı yaxşı səviyyədə başa vurması ilə nəticələndi.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

Samir Abasovun gedişindən sonra baş məşqçi təyin edilən Yuri Vernidubla "ağ-qaralar" geridönüş etməyi bacardılar. Ukraynalı mütəxəssis mövsümü xilas etdi. "Zirə"nin kubokun finalında uduzması nəticəsində Premyer Liqanın dördüncüsü kimi "Neftçi" Konfrans Liqasına vəsiqə qazandı. Burada komandanın işi heç də asan olmayacaq. Lakin indi "ağ-qaralar"ın çox yaxşı baş məşqçisi var.

Dəyişən çempion, yeniliklərlə yadda qalan mövsüm: Premyer Liqanın YEKUNLARI

Vaxtilə "Şerif"i çalışdırarkən "Santyaqo Bernabeu"da "Real Madrid"i məğlub edən Verniduba inam böyükdür. Azarkeşlər mövsümün ortasında gəlməsinə baxmayaraq, heyətdə ciddi dəyişiklik etməyən, əlindəki resurslarla maksimum nəticə əldə etməyi bacaran ukraynalının Konfrans Liqası üçün də "uğur formulu"nun olduğuna inanırlar.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər