Deşamın Mbappeyə jesti gündəm oldu - Baş əydi

Deşamın Mbappeyə jesti gündəm oldu - Baş əydi
Foto
İdman 73

Fransa millisinin baş məşqçisi Didye Deşamın İsveçlə qarşılaşmada Kilian Mbappeyə etdiyi hərəkət sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, matçın gedişində Mbappe əvəzlənərkən Deşam futbolçuya hörmət əlaməti olaraq baş əyib və onu alqışlayıb.

Həmin an televiziya kameraları tərəfindən qeydə alınıb və görüntülər qısa zamanda sosial şəbəkələrdə yayılıb.

Deşamın Mbappeyə jesti gündəm oldu - Baş əydi

Bəzi istifadəçilər məşqçinin jestini Mbappeyə göstərilən böyük hörmət kimi qiymətləndirsələr də, digərləri bunu həddindən artıq addım hesab edərək tənqid ediblər.

Qeyd edək ki, Kilian Mbappe İsveçlə oyunda iki qol vuraraq Fransa millisinin qələbəsində əsas pay sahibi olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər