Deklan Raysa ağır cəza verildi - 6 ay…
"Arsenal"ın aparıcı futbolçularından biri olan Deklan Rays İngiltərədə yol hərəkəti qaydalarını pozduğu üçün cəzalandırılıb.
BAKU.WS Britaniya mətbuatına istinadən xəbər verir ki, yarımmüdafiəçi bir həftə ərzində eyni marşrutda iki dəfə sürət həddini aşaraq qaydaları pozub. Hadisələr futbolçunun Londondakı evinin yaxınlığında yerləşən yolda qeydə alınıb.
İlk insident yanvarın 3-də baş verib. Həmin vaxt Rays 48 km/saat icazə verilən zonada "Land Rover" markalı avtomobilini 60 km/saat sürətlə idarə edib. Bir neçə gün sonra – yanvarın 8-də isə eyni yolda bu dəfə 64 km/saat limit olan ərazidə 79 km/saatla hərəkət etdiyi üçün yenidən saxlanılıb.
Təkrar qayda pozuntusu futbolçu üçün ağır nəticələrə səbəb olub. Məhkəmənin qərarı ilə Deklan Rays 6 ay müddətinə avtomobil idarə etmək hüququndan məhrum edilib. Bundan əlavə, o, 2 185 funt-sterlinq, yəni təxminən 4 980 manat məbləğində cərimə ödəməli olacaq.
Oxşar xəbərlər
"Barselona"nın qapıçısı bu kluba keçməyə razılıq verib
Almaniyalı qapıçı Mark-Andre ter Ştegen "Jirona"ya keçməyə razılıq verib. BAKU.WS xəbər verir ki, bu barədə "Football Espana" nəşri məlumat yayıb. Məlumata gör...