DÇ-da zədələnən oyunçunun burnu, üç dişi və üz sümükləri sındı - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Səudiyyə Ərəbistanının Argentina üzərində qələbəsi ilə yekunlaşan matçda ölümdən qayıdan səudiyyəli futbolçu Yaser Əl-Şəhraninin son vəziyyəti məlum olub.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, komanda yoldaşı ilə toqquşan 30 yaşlı müdafiəçinin burnunda, üç dişində, çənəsində və üz sümüklərində sınıq olduğu müəyyənləşib.
Məlumata görə, Əl-Şəhrani əməliyyat olunacaq.
Səudiyyə Ərəbistanı Futbol Federasiyasından verilən açıqlamada bildirilib ki, qapıçı Mohammed Alovais ilə toqquşma nəticəsində zədələnən Əl-Şahrani başından, sinəsindən və qarnından ciddi zərbələr alıb. Müayinələrdən sonra vəziyyətinin stabil olduğu bildirilən Əl-Şəhraninin Qətərdən ölkəsi Səudiyyə Ərəbistanına aparıldığı deyilir. Qeyd olunub ki, 30 yaşlı futbolçu ən qısa zamanda paytaxt Ər-Riyadda əməliyyat olunacaq.
Qalereya
Oxşar xəbərlər
Səudiyyə Ərəbistanı Argentinanı məğlub etdi - 2:1 - VİDEO/YENİLƏNİB
Səudiyyə Ərəbistanı Argentinanı 2:1 hesabı ilə məğlub edərək mundialda 3 xalını qazanıb. ***15:19 Səudiyyə Ərəbistanı Argentina ilə oyunda irəli çıxıb. Oyunun...