DÇ-2022: Fransa millisi qrupu lider kimi başa vurub - YENİLƏNİB

Fransa millisi Qətərdə keçirilən dünya çempionatının D qrupunu lider kimi başa vurub.
Son turda Tunis yığması ilə qarşılaşan Fransa məğlub olsa da, 1/8 finala yüksəlib Avropa təmsilçisi bu mərhələdə C qrupunun ikincisi ilə üz-üzə gələcək.
***20:21
Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyununda hesab açılıb.
Afrika təmsilçisi 58-ci dəqiqədə Vəhbi Xəzrinin vurduğu qolla önə keçib.
***19:00
Qətərdə keçirilən dünya çempionatında Tunis və Fransa yığmaları arasında D qrupunun III tur oyunu start götürüb.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayıb.
Oxşar xəbərlər
DÇ-2022: Seneqal millisi pley-offa yüksəlib - YENİLƏNİB
Seneqal millisi Qətərdə keçirilən dünya çempionatında 1/8 final mərhələsinə vəsiqə qazanıb. Afrika təmsilçisi A qrupunun sonuncu - III turunda Ekvadorla üz-üzə...