DÇ-2022-də qalmaqal: Eto azarkeşi döyüb - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Qətərdə keçirilən DÇ-2022-də qalmaqal yaşanıb.
BAKU.WS xəbər verir ki, hadisə dünya çempionatının 1/8 final mərhələsinin Braziliya – Cənubi Koreya oyunundan sonra baş verib.
"Çelsi", "Barselona" və "İnter"in keçmiş hücumçusu, Kamerun Futbol Federasiyasının prezidenti Samuel Eto stadionu tərk edərkən onu lentə alan şəxsin üzərinə hücum çəkib.
Yoldan keçənlər mübahisəyə müdaxilə edərək onları ayırmağa cəhd ediblər. Həmin şəxs yerə yıxılarkən 41 yaşlı sabiq hücumçu onu təpiklə vurub.
Məlumata görə, oyundan sonra Eto kifayət qədər pozitiv və mehriban olub və pərəstişkarları ilə şəkil çəkdirib. Sonra başqa bir fanat ona yaxınlaşaraq onu kameraya çəkərək qıcıqlandırıb.
Hadisə görüntülərini təqdim edirik:
Oxşar xəbərlər
Məşhurlar DÇ-2022-də hansı komandanı dəstəkləyirlər? - FOTO
Noyabrın 20-də Qətərdə futbol üzrə 22-ci dünya çempionatına start veriləcək. Mundialın final görüşü dekabrın 18-də keçiriləcək. 29 gün ərzində 32 komanda dünya...