DÇ-2022: Belarus - Uels oyununda het-trik və 3 penalti qeydə alınıb
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə 2022-ci il dünya çempionatının Belarus və Uels yığmaları arasında keçirilmiş oyunu dramatik alınıb.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Rusiyanın Kazan şəhərindəki Mərkəzi Stadionda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 3:2. Qalib komandadan hər 3 qolu kapitan Qaret Beyl vurub. O, 5-ci və 69-cu dəqiqələrdə penaltidən fərqlənib. 90+3-cü dəqiqədə isə Beyl qələbə topunun müəllifi olub.
Daha bir penaltini isə 29-cu dəqiqədə meydan sahiblərindən Vitali Lisakoviç yerinə yetirib. Bundan cəmi 1 dəqiqə sonra Pavel Sedko Belarusun oyunda ikinci və yeganə qolunu vurub.
Bu qələbə sayəsində xalını 6-ya çatdıran Uels E qrupunda 3 oyunla 3-cü pillədə qərarlaşıb. 3 xala malik Belarus isə 4 görüş keçirib və 4-cü yerdə gedir.
Oxşar xəbərlər
AVRO-2020: İsveç, İspaniya və Ukrayna 1/8 finalda - VİDEO
Futbol üzrə Avropa çempionatının E qrupunda sonuncu turun oyunları keçirilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, III turda İspaniya Slovakiya ilə üz-üz...