DÇ-2026: Portuqaliya Ermənistanı darmadağın edib
Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsində Portuqaliya və Ermənistan milliləri üz-üzə gəlib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, Draqao stadionunda keçirilən oyunda Portuqaliya öz meydanında Ermənistanı 9:1 hesabı ilə məğlub edərək dünya çempionatına vəsiqə qazanıb.
Portuqaliyaya qələbə qazandıran qolları Kriştiano Ronaldosuz Renato Veyqa (7-ci dəqiqə), Qonsalu Ramuş (28), Joau Neveş (30,41, 81), Brunu Fernandeş (45+3 - penalti, 52, 72 - penalti) və Fransişku Konseysau (90+2) vurub.
Ermənistanın yeganə təsəlli qolunu 18-ci dəqiqədə Eduard Spertsyandan vurub.
Qeyd edək ki, DÇ-2026 11 iyun - 19 iyul tarixlərində ABŞ, Meksika və Kanadada keçiriləcək.
Oxşar xəbərlər
Volkan Demirel istefa verdi
Türkiyə Super Liqasında mübarizə aparan "Gənclərbirliyi"nin baş məşqçisi Volkan Demirel istefa verib. BAKU.WS xəbər verir ki, bu barədə o özü bildirib. Belə ki,...