DÇ-2026: Meksika Çexiyaya qalib gələrək qrupda maksimum nəticə göstərib
Futbol üzrə dünya çempionatında Meksika Çexiya yığmasına qalib gəlib.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi rəqibini 3:0 hesabı ilə üstələyiblər.
Meksikalıların heyətində 55-ci dəqiqədə Mateo Çaves, 6 dəqiqə sonra isə Xulian Kinyones yerli azarkeşləri ayağa qaldırıblar. Matçda son nöqtəni isə 90+4-cü dəqiqədə Alvaro Fidalqo qoyub.
Qrupdakı 3 görüşünü də qələbə ilə başa vuran Meksika 9 xalla A qrupunu lider tamamlayıb. 1 xalla sonuncu olan Çexiya isə mundialla vidalaşıb.
Qeyd edək ki, bu nəticə ilə Meksika millisi tarixində ilk dəfə dünya çempionatının qrup mərhələsində keçirdiyi hər üç oyundan qələbə ilə ayrılıb. Komanda həmçinin 1970-ci ildən bəri ilk dəfə qrup mərhələsindəki bütün görüşlərdə qapısını toxunulmaz saxlamağı bacarıb.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ikinci qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi fərqi artırıb - 2:0.
61-ci dəqiqədə Xulian Kinyones fərqlənib.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ilk qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında Şimali Amerika təmsilçisi hesabı açıb - 1:0.
55-ci dəqiqədə Mateo Çaves özü yaratdığı hücumu qolla tamamlayıb.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ikinci hissə başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyununda ilk hissə yekunlaşıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Mexiko stadionunda baş tutan A qrupunun III turunun matçında qapılara qol vurulmayıb - 0:0.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Futbol üzrə dünya çempionatının Çexiya - Meksika oyunu başlayıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, A qrupunun III turunun matçı Mexiko stadionunda keçirilir.
Qarşılaşmanı argentinalı FIFA referisi Yael Falkon idarə edir.
Oxşar xəbərlər
Hidayət Heydərov Çindəki turnirdə fərqli çəki dərəcəsində mübarizə aparacaq
Azərbaycanın olimpiya çempionu Hidayət Heydərov Çinin Sindao şəhərində keçiriləcək Qran-pridə fərqli çəki dərəcəsində mübarizə aparacaq. BAKU.WS Azərbaycan Cüdo...