DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb

DÇ-2026: İngiltərə Konqo üzərində əzmkar qələbə qazanaraq 1/8 finala adlayıb
İdman 125

Futbol üzrə dünya çempionatında İngiltərə Konqo Demokratik Respublikası millisinə qalib gəlib.

BAKU.WS xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar 2:1 hesablı qələbəyə seviniblər.

Görüşdə hesabı Konqo açıb. 7-ci dəqiqədə Brian Sipenqa dəqiq zərbə müəllifi olub. Lakin ikinci hissədə güc toplayan ingilislər 75 və 86-cı dəqiqədələrdə Harri Heynin vurduğu qollar sayəsində qalib gəlib.

Bu qalibiyyət sayəsində İngiltərə seçməsi 1/8 finalda Meksika ilə qarşılaşacaq.

***21:51

Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda üçüncü qol vurulub.

BAKU.WS xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabda irəli çıxıblar - 2:1.

86-cı dəqiqədə Harri Keyn dubl edib.

***21:39

Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ikinci qol vurulubş

BAKU.WS xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında avropalılar hesabı bərabərləşdiriblər - 1:1.

75-ci dəqiqədə Harri Keyn başla dəqiq oynayıb.

***21:10

Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ikinci hissə başlayıb.

BAKU.WS xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Konqo hesabda irəlidədir - 1:0.

7-ci dəqiqədə Brian Sipenqa fərqlənib.

***20:09

Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyununda ilk qol vurulub.

BAKU.WS xəbər verir ki, Atlanta stadionunda keçirilən 1/16 final mərhələsinin matçında Konqo hesabda irəli çıxıb - 1:0.

7-ci dəqiqədə Brian Sipenqa fərqlənib.

*** 20:00

Futbol üzrə dünya çempionatının İngiltərə - Konqo Demokratik Respublikası oyunu başlayıb.

BAKU.WS xəbər verir ki, 1/16 final mərhələsinin matçı Atlanta stadionunda keçirilir.

Qarşılaşmanı iordaniyalı FIFA referisi Adham Mahadmeh idarə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər