DÇ-2026: İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib
Yeniliklərdən dərhal xəbərdar olun
Futbol üzrə dünya çempionatında İspaniya Səudiyyə Ərəbistanı millisinə böyük hesabla qalib gəlib.
Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar 4:0 hesablı qələbəyə seviniblər.
Qolları Lamin Yamal (11), Mikel Oyarsabal (21, 24) və Həsən əl-Tambakti (49-avtoqol) vurublar.
Qeyd edək ki, bu qrupun digər oyununda saat 02:00-da Uruqvay Kabo Verde ilə qarşılaşacaq.
***2118
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda dördüncü qol vurulub.
Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar üstünlüklərini bir qədər də möhkəmləndiriblər - 4:0.
49-cu dəqiqədə asiyalıların heyətində Həsən at-Tambakti avtoqol müəllifi olub.
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ikinci hissə başlayıb.
Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalıların üstünlüyü davam edir - 3:0.
11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
***
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda ilk hissə başa çatıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar fasiləyə böyükhesablı üstünlüklə yollanıblar - 3:0.
11-ci dəqiqədə Lamin Yamal, 21 və 24-cü dəqiqələrdə isə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
***20:37
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda daha iki qol vurulub.
BAKU.WS report-a istinadən xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar ard-arda iki dəfə fərqləniblər - 3:0.
21 və 24-cü dəqiqələrdə Mikel Oyarsabal qapını dəqiq nişan alıb.
***
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyununda hesab açılıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, Atlanta stadionunda keçirilən H qrupunun II turunun matçında avropalılar hesabda irəli çıxıblar - 1:0.
11-ci dəqiqədə Lamin Yamal dəqiq zərbə müəllifi olub.
***20:10
Futbol üzrə dünya çempionatının İspaniya - Səudiyyə Ərəbistanı oyunu başlayıb.
H qrupunun II turunun matçı Atlanta stadionunda keçirilir.
Qarşılaşmanı braziliyalı FIFA referisi Rafael Klaus idarə edir.
Oxşar xəbərlər
Beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli: "Son tur xüsusilə çətin keçdi"
"Azərbaycan Şahmat Turu" çərçivəsində keçirilən "Shirvan Open 2026" beynəlxalq şahmat festivalının qalibi Murad İbrahimli üçün son tur çox çətin keçib. BAKU.WS...