DÇ-2026: İngiltərə Andorranı minimal hesabla məğlub etdi
Yeniliklərdən dərhal xəbərdar olun
DÇ-2026-nın seçmə mərhələsinin 3-cü turunda Andorra və İngiltərə millilərinin qarşılaşması başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, komandalar "Stage Front" stadionunda (Barselona, İspaniya) üz-üzə gəliblər.
Matçda qonaq İngiltərə yığması minimal hesablı qələbə qazanıb - 1:0.
Matçın yeganə qolu 50-ci dəqiqədə vurulub. İngiltərə yığmasının hücumçusu və kapitanı Harri Keyn fərqlənib.
Bu qələbədən sonra İngiltərə yığmasının aktivində 9 xal var. Tomas Tuxelin komandası K qrupunda birinci yerdədir. Andorra ilk üç görüşdə xal toplaya bilməyib və beşinci pillədə qərarlaşıb.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...