DÇ-2026-dan sonra ən çox bahalaşan futbolçular
Yeniliklərdən dərhal xəbərdar olun
"Transfermarkt" portalı ABŞ, Kanada və Meksikada keçirilən 2026-cı il dünya çempionatının yekunlarına əsasən transfer dəyəri ən çox artan futbolçuların siyahısını açıqlayıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, siyahıya "Mançester Siti"nin və İngiltərə millisinin dəyəri 35 milyon avro artaraq 75 milyondan 110 milyon avroya yüksələn yarımmüdafiəçisi Elliot Anderson başçılıq edir.
İkinci pillədə İspaniyanın "Real Madrid" klubunun və İngiltərə millisinin transfer dəyəri 30 milyon avro artaraq 130 milyondan 160 milyon avroya çatan yarımmüdafiəçisi Cud Bellinqem qərarlaşıb.
İlk üçlüyü Fransanın "Lill" klubunun və Mərakeş millisinin yarımmüdafiəçisi Əyyub Buaddi tamamlayır. Onun transfer dəyəri 50 milyon avrodan 80 milyon avroya yüksəlib.
İlk onluqda, həmçinin norveçli Erlinq Holand (+20 milyon avro), ispanlar Lamin Yamal (+20 milyon avro) və Pau Kubarsi (+20 milyon avro), fransızlar Kilian Mbappe (+20 milyon avro) və Maykl Olise (+20 milyon avro), argentinalı Xulian Alvares (+20 milyon avro), eləcə də ingilis Morqan Rocers (+20 milyon avro) yer alıblar.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...