DÇ-2026-da tarixi rekord qeydə alınıb
2026-cı il futbol üzrə dünya çempionatı tarixdə ən məhsuldar mundial olub.
BAKU.WS xəbər verir ki, turnirdə indiyədək ümumilikdə 173 qol vurulub.
Bununla da 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında qeydə alınmış 172 qolluq rekord yenilənib.
Qeyd edək ki, DÇ-2026-nın qrup mərhələsində hələ bir neçə oyun keçirilməlidir. Bu il ilk dəfə olaraq mundialda 48 milli komanda mübarizə aparır.
Xatırladaq ki, dünya çempionatı ABŞ, Meksika və Kanadanın birgə ev sahibliyi ilə keçirilir. Turnir iyunun 11-də start götürüb və iyulun 19-da başa çatacaq. Hazırkı dünya çempionu isə 2022-ci ildə Qətərdə keçirilən mundialın finalında Fransanı penaltilər seriyasında məğlub edən Argentina milli futbol komandasıdır.
Oxşar xəbərlər
UFC-nin Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların çəkiölçmə mərasimi keçirilib
Mütləq Döyüş Çempionatının (UFC) Bakıda təşkil olunacaq turnirindən əvvəl idmançıların rəsmi çəkiölçmə mərasimi keçirilib. BAKU.WS report-a istinadən xər verir...