DÇ-2026: Bu gün 1/16 final mərhələsində üç maraqlı qarşılaşma keçiriləcək

DÇ-2026: Bu gün 1/16 final mərhələsində üç maraqlı qarşılaşma keçiriləcək
İdman 26

2026-cı il futbol üzrə dünya çempionatında bu gün 1/16 final mərhələsinin növbəti üç oyunu baş tutacaq.

BAKU.WS xəbər verir ki, günün ilk qarşılaşması Bakı vaxtı ilə saat 21:00-da keçiriləcək. Kot-d'İvuar millisi Norveç yığması ilə üz-üzə gələcək. Hər iki komanda 1/8 finala yüksəlmək uğrunda mübarizə aparacaq.

İyulun 1-nə keçən gecə saat 01:00-da turnirin favoritlərindən sayılan Fransa millisi İsveç yığmasını sınağa çəkəcək. Günün son matçı isə saat 05:00-da start götürəcək. Ev sahiblərindən biri olan Meksika millisi Ekvadorla münasibətlərinə aydınlıq gətirəcək.

Qeyd edək ki, ötən oyun günündə dünya çempionatında növbəti sensasiyalar yaşanıb. Paraqvay Almaniyanı, Mərakeş isə Niderlandı mübarizədən kənarlaşdıraraq 1/8 finala yüksəlib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər