DÇ-2026: Belçikadan 5 qolluq şou, Misir tarix yazdı
Futbol üzrə dünya çempionatının G qrupunda III turun oyunları başa çatıb.
BAKU.WS xəbər verir ki, Belçika millisi Yeni Zelandiya üzərində inamlı qələbə qazanaraq 1/8 finala vəsiqəsini rəsmiləşdirib. Avropa təmsilçisi rəqibini 5:1 hesabı ilə məğlub edib.
Belçikanın qollarını Leandro Trossard (28, 50), Kevin De Bruyne (66), Romelu Lukaku (86) və Aleksis Saelemaekers (90+4) vurublar. Yeni Zelandiyanın yeganə qoluna isə Cast Elaydca 84-cü dəqiqədə imza atıb.
Günün digər qarşılaşmasında Misir və İran üz-üzə gəlib. Sietldə keçirilən oyunda qalib müəyyənləşməyib - 1:1.
Misir matça sürətli başlayıb və Mahmud Saber artıq 5-ci dəqiqədə hesabı açıb. Lakin İran yığması cəmi doqquz dəqiqə sonra Ramin Rezaeianın qolu ilə tarazlığı bərpa edib.
Bu nəticə Misir üçün tarixi əhəmiyyət daşıyıb. Afrika təmsilçisi dünya çempionatları tarixində ilk dəfə pley-off mərhələsinə yüksəlməyi bacarıb. Belçika isə qrup mərhələsini inamlı qələbə ilə başa vuraraq növbəti raunda adını yazdırıb.
Oxşar xəbərlər
DÇ-2026: Gecə və sabah səhər keçiriləcək oyunların CƏDVƏLİ
Bu gecə futbol üzrə 2026-cı il dünya çempionatının qrup mərhələsinə yekun vurulacaq. BAKU.WS qrup mərhələsinin son oyunlarının cədvəlini (Bakı vaxtı ilə)təqdim...