DÇ-2026: Azərbaycan - Ukrayna oyununa 8 minə yaxın bilet satılıb
09
sen
2025
16:09
Xəbərlərimizi Google-da izləyin
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycan millisinin Bakıda Ukraynaya qarşı keçirəcəyi DÇ-2026-nın seçmə mərhələsinin oyununa 8 minə yaxın bilet satılıb.
Bu barədə BAKU.WS-ə AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Murad Axundov məlumat verib.
Onun sözlərinə görə, matç saatına qədər satılmış biletlərin sayı 10 minə çata bilər.
Qeyd edək ki, qarşılaşmanın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunu 31 200 azarkeş tutumuna malikdir.
Bu gün keçiriləcək Azərbaycan - Ukrayna matçı saat 20:00-da start götürəcək.
Oxşar xəbərlər
Sumqayıtda cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq
Oktyabrın 30-da Sumqayıt Olimpiya İdman Kompleksində U-20 gənclər arasında cüdo üzrə Abşeron-Xızı birinciliyi təşkil olunacaq. Bu barədə BAKU.WS-ə Azərbaycan Cü...