Dambrauskas: "Biz hər oyun daha çox qol vurmaq istəyirik, bəzən top tora daxil olmur"

Dambrauskas: Biz hər oyun daha çox qol vurmaq istəyirik, bəzən top tora daxil olmur
İdman 28

"İqlim barədə çox danışırıq. Mən düşünürəm ki, bu, şişirdilmiş faktordur".

BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, bunu UEFA Çempionlar Liqasının III təsnifat mərhələsində keçiriləcək "Sabah" - "Orhus" oyunundan əvvəl keçirilən mətbuat konfransında Abşeron təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas deyib.

O bildirib ki, hava şəraitinin təsir edəcəyi tək amil güclü küləyin olmasıdır:

"Biz hər oyun daha çox qol vurmaq istəyirik. Biz qol fürsətləri yaradırıq, lakin bəzən top tora daxil olmur. Ümid edirəm ki, sabah keçiriləcək oyunda bu qol epizodları qolla tamamlanacaq", - deyə baş məşqçi qeyd edib.

Xatırladaq ki, komandalar arasında Danimarkada keçirilən ilk qarşılaşma "Orhus"un 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, "Bank Respublika Arena"da keçiriləcək matç sabah saat 20:00-da start götürəcək.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Azərbaycanın üç boksçusu Avropa çempionatının finalına yüksəldi

Türkiyənin Trabzon şəhərində keçirilən U-15 Avropa çempionatında Azərbaycanın üç boksçusu finala yüksəlib, iki idmançımız isə bürünc medal qazanıb. BAKU.WS xəbə...

36 İdman 21:12 23 oktyabr 2026

Son xəbərlər