Daha iki güləşçimiz Avropa çempionu oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın yunan-Roma güləşçisi Rahim Həsənov Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında final görüşünə çıxıb.
BAKU.WS "report"a istinadən xəbər verir, 45 kq-da mübarizə aparan idmançı həlledici qarşılaşmada Nikita Dementiyevlə (Ukrayna) üz-üzə gəlib.
Rəqibini 12:2 hesabı ilə məğlub edən Həsənov qitə çempionu olub.
51 kq-dakı Pərviz Dadaşov isə bürünc medal uğrunda görüşdə Filip Bartoşikə (Çexiya) 9:0 hesabı ilə qalib gələrək, fəxri kürsünün 3-cü pilləsinə qalxıb.
Azərbaycanın daha 2 yunan-Roma güləşçisi Bolqarıstanın Samokov şəhərində yeniyetmələr arasında Avropa çempionatında medal qazanıb.
60 kq-da yarışan Fərid Xəlilov finalda Levente Levay (Macarıstan) üzərində 6:3 hesablı qələbə qazanaraq, çempion olub.
71 kq-dakı Ruslan Nurullayev Dimitar Raçevə (Bolqarıstan) 9:0 hesabı ilə qalib gələrək, Avropa üçüncüsü olub.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...