Cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar - FOTO

Cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar - FOTO
Foto
İdman 590
Kamerunda cüdo üzrə Afrika Açıq Kuboku yarışı keçirilib.Azərbaycan Cüdo Federasiyasında BAKU.WS-ə verilən məlumata görə, gələn il Tokioda olacaq Yay Olimpiya Oyunlarına lisenziya xalları verən beynəlxalq turnirdə ölkəmizi 5 qadın cüdoçu təmsil edib. Bütün idmançılarımız Kamerunda medal qazanmağa müvəffəq olublar.Leyla Əliyeva (48 kq) və Larisa Florian (57 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıblar. 52 kq çəki dərəcəsində yarışan Gültac Məmmədəliyeva yalnız finalda uduzaraq 2-ci yeri tutub. Aişə Qurbanlı (48 kq) və İçinxorloo Munxçedev (57 kq) isə bürünc medala layiq görülüb.Qeyd edək ki, Afrika Açıq Kuboku uğrunda turnirdə 24 ölkədən 116 cüdoçu mübarizə aparıb.
Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar - FOTO

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar - FOTO

Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.Azərbaycan Cüdo Federasi...

459 İdman 10:03 20 oktyabr 2019

Son xəbərlər