Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar - FOTO

Cüdoçu qızlarımız Sloveniyada 6 medal qazanıblar - FOTO
Foto
İdman 456
Sloveniyanın Qradeç şəhərində cüdo üzrə "Koroşka" açıq beynəlxalq turniri keçirilib. Yarışda ölkəmizin qadın cüdoçuları da iştirak edib.Azərbaycan Cüdo Federasiyasından BAKU.WS-ə verilən məlumata görə, 40 kq çəki dərəcəsində yarışan Aydan Vəliyeva və 52 kq çəki dərəcəsində mübarizə aparan Səbinə Əliyeva bütün rəqiblərinə qalib gələrək nüfuzlu turnirdə çempion olublar.Şahməmmədova Nigar (44 kq), Məmmədova Zeynəb (52 kq), Qardaşxanlı Aytac (57 kq) yalnız finalda uduzaraq gümüş medala layiq görülüblər.+70 kq çəkidə çıxış edən Nərmin Əmirli isə beynəlxalq turnirin bürünc medalını qazanıb. Sloveniya yarışında 23 ölkədən 530 cüdoçu mübarizə aparıb.

Oxşar xəbərlər

Azərbaycandan daha bir qızıl medal - FOTOLAR

Azərbaycandan daha bir qızıl medal - FOTOLAR

Paytaxtımızda keçirilən Yeniyetmələrin Avropa Olimpiya Festivalında (EYOF) cüdo yarışları davam edir.BAKU.WS Cüdo Federasiyasına istinadən xəbər verir ki, fərdi...

650 İdman 18:29 26 iyul 2019

Son xəbərlər