Covanni van Bronkhorst "Beşiktaş" rəhbərliyindən bu futbolçunun satılmasını tələb etdi
Yeniliklərdən dərhal xəbərdar olun
«Beşiktaş» klubunun qazaxıstanlı futbolçusu Baktiyar Zaynutdinov klubu tərk edə bilər.
BAKU.WS HT Spor-a istinadən xəbər verir ki, İstanbul klubunun hollandiyalı baş məşqçisi Covanni van Bronkhorst rəhbərlikdən futbolçuya yeni komanda tapmasını xahiş edib.
O, futbolçunun xidmətlərində maraqlı olmadığını bildirib.
Qeyd edək ki, Qazaxıstan yığmasının 26 yaşlı üzvü bu mövsüm heç bir qarşılaşmada meydana çıxmayıb. Ötən mövsüm isə bütün turnirlərdə 42 matçda meydana çıxan Baktiyar 2 qol və bir məhsuldar ötürmə ilə yadda qalmışdı.
Futbolçunun Transfermarkt-dakı qiyməti 5 milyon avrodur.
Oxşar xəbərlər
Osimhen "Qalatasaray"ın yeni transferindən danışdı: "Möhtəşəm iş görüblər"
"Qalatasaray"ın hücumçusu Viktor Osimhen komandanın rusiyalı yarımmüdafiəçisi Aleksey Batrakovun transferini yüksək qiymətləndirib. BAKU.WS xəbər verir ki, nige...