ÇL: Mahir Emrelinin komandası "Çelsi"yə qalib gəldi - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
UEFA Çempionlar Liqasında qrup mərhələsinə start verilib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu günə nəzərdə tutulan 8 oyundan 2-si artıq başa çatıb.
E qrupunda Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su Xorvatiyada İngiltərə nəhəngi "Çelsi"ni sınağa çəkib. Meydan sahibləri rəqibini minimal hesabla məğlub etməklə turun ilk sensasiyasına imza atıb. Yeganə qolu 13-cü dəqiqədə Mislav Orşiç vurub. Emreli bu matçda ehtiyatda qalıb.
Digər oyun isə G qrupunda baş tutub. Dortmund "Borussiya"sı Almaniyada Danimarka "Kopenhagen"inə 3 cavabsız qolla qalib gəlib.
Çempionlar Liqası
Qrup mərhələsi, I tur
6 sentyabr
E qrupu
20:45. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Çelsi" (İngiltərə) - 1:0
Qol: Mislav Orşiç, 1323:00. "Zaltsburq" (Avstriya) - "Milan" (İtaliya)
Oxşar xəbərlər
ÇL-in püşkü atıldı, qruplar bəlli oldu
UEFA Çempionlar Liqasında qrup mərhələsinin püşkü atılıb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, Türkiyənin İstanbul şəhərində keçirilən mərasimdə 32 koman...