Çempionlar Liqasında bu gecə vurulan möhtəşəm qollar - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Martın 10-da UEFA Çempionlar Liqasının səkkizdəbir final mərhələsinin cavab oyunları baş tutub.
BAKU.WS xəbər verir ki, “Siqnal İduna Park” stadionunda “Borussiya” ilə “Sevilya” klubları üz-üzə gəlib.
Görüş 2:2 hesablı heç-heçə ilə başa çatıb. “Borussiya”nın qollarını 35 və 44-cü dəqiqələrdə Erlinq Haaland vurub. “Sevilya”nın qollarını isə En-Nesyri (69, 90) rəqibin qapısından keçirib.
İlk görüşdə 3:2 hesabı ilə qalib gələn “Borussiya” iki oyunun nəticəsinə əsasən dörddəbir finala vəsiqə qazanıb.
Günün digər matçında “Yuventus” öz meydanında “Portu”nu məğlub edib. Matçın əsas vaxtı 2:1 hesabı ilə “Yuventus”un xeyrinə başa çatıb.
Birinci oyunda da eyni nəticə qeydə alındığından əlavə vaxt oynanılıb. Əlavə vaxtda qarşılaşma 3:2 hesabı ilə yekunlaşıb və bu nəticə ilə “Portu” növbəti mərhələyə adlayıb.
Oxşar xəbərlər
Qran-pri: Sərbəst güləşçilərimiz 5 medal qazandı
Azərbaycan sərbəst güləşçiləri Fransanın Nitsa şəhərində keçirilən Henri Deqlan Qran-prisində 5 medal qazanıb. "Report"un məlumatına görə, medallardan 2-si gümü...